Şəhid İntiqam Abdullayev
  Əsas səhifə
 





ABDULLAYEV İNTİQAM ALLAHVERDİ oğlu 
12 Avqust 1998 ci ildə Naxçıvan MR Ordubad Rayon Düylün kəndində anadan olmuşdu.

Orta təhsilini şəhid Surxay Rzayev adına Düylün kənd məktəbində almışdı. İntiqam 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdu..Bununla da hərbi fəaliyyəti başlamışdı.O,  2016 cı ildə liseyi idman (voleybol) üzrə fərqlənmə ilə bitirmişdi. İntiqam Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində öz təhsilini davam etdirmişdi.

ABDULLAYEV İNTİQAM, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuduğu müddətdə, öz sevimli idman məşğuliyyəti olan Voleybolu davam etdirmişdi. Qatıldığı yarışlarda dəfələrlə fərqlənən İntqam Abdullayev fərdi və komanda şəklində medallara, fəxri fərmanlara və fərqlənmələrə layiq görülmüşdü..Bununla yanası o Türkiyə və Gürcüstanda da keçirlən Voleybol yarışlarında öz komandasının istiraki ilə ard-arda iki dəfə qalibiyyətə imza atmışdı. Hər iki ölkədə də fərqlənən Abdullayev, sonradan bu komandanın kapitanı kimi də çıxış etmişdi. İmdanla ,yanaşı öz hərbi ixtisasında da daim üçrəngli Azərbaycan bayrağını zirvələrdə tutan Leytinanat Abdullayev 2020 ci ildə AAHM-i Quru Qoşunları Motoatıcı ixtisası üzrə bitirmişdi.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra Leytinat hərbi rütbəsi alan İntiqam Abdullayev dəfələrlə uğurlu əməliyyatlara imza atmis və böyük döyüş yolu kecmişdi. Qazax rayonunda yerləşən "N" sayılı Hərbi Hissədə Taqım Komandiri vəzifəsinə təyin edilmişdi.

Daha Leytinantdığının 2.ci ayında olmasına baxmayaraq, Leytinant Abdullayev "N" saylı Hərbi hissənin "Ən yaxşı Taqım Komandiri" adına layiq görülmüş və "N" saylı Hərbi hissənin briqada komandiri tərəfindən 'Fəxri Fərman" və qiymətli hədiyyə ilə mükafatlandırılmışdı.

 

 

 

 
  Today, there have been 2 visitors (4 hits) on this page!  
 
This website was created for free with Webme. Would you also like to have your own website?
Sign up for free