Şəhid İntiqam Abdullayev
  Xatirələr
 






Bu il Düylündə İlaxır Çərşənbə tonqalları qalanmadı....

           İntiqam məhəlləmizin son beşiyi idi. Yaşca böyük oğlan uşaqları ya təhsil almaq üçün, ya da işləmək üçün kəndi tərk edib, böyük şəhərlərə getmişdilər.  Məhəlləmizin bütün “yükü” İntiqamın üzərinə düşmüşdü. Novruz bayramında səhər tezdən qonşuların bayramını ilk təbrik edən İntiqam idi.  İlaxır Çərşənbədə də yəqin ki qapısına ilk torba atan yenə İntiqam olurdu.  Çünki qaranlıq olduğu üçün gələnin kim olduğunu görməsələr də , qoşular atılan bu ilk torbanı İntiqamın atdığını bilirdilər.

        Hələ Novruz bayramına bir ay qalmışdan İntiqam bütün qonşulara Çərşənbədə yandırmaq üçün dağdan gəvən kolu qırıb gətiridi. Məhəlləmizin Novruz yükü “ağır” idi. Bütün uşaqlar kimi İntiqam da Novruz Bayramını çox sevirdi və Novruz Bayramınında sevinirdi. Bayram günlərində nə vaxt küçəyə çıxsaq, İntiqamı məhəllədə görərdik. Ya kiminləsə yumurta toqquşdurur, ya beşaçılan partladır, ya da başqa məhəllə uşaqlarını başına toplayıb söbət edirdi... Gülərüzlü və tərbiyəli uşaq idi İntiqam......

           Ramazan ayında oruc tutan qonşuları oyatmaq üçün o başdan evlərinin damına çıxıb, AZAN da oxuyardı....

          Yaşına görə tez böyümüşdü İntiqam... Uzun boylu, sarışın, yaraşıqlı yeniyetmə idi. Uşaq ikən böyüklərimizdə eşidərdik ki, İlaxır Çərşənbə günü Ordubadlı dünyanın o başında olsa, hətta Vladisvastokda da olsa Yeddiləvəni Ordubada gəlir. Uzun illər bu yazılmamış qanuna Ordubad cavanları əməl edirdilər. İmkanı və vaxtı olan hər bir ordubadlı bayram günlərində rayona gəlirdi. Bir ordubadlı gənc kimi İntiqam da bu adətə əməl elədi. Vətən Müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşdə iştirak etmişdi. 22 yaşlı gənc leytenant İntiqam Abdullayev.... 4 Oktyabr 2020-ci ildən ondan xəbər ala bilmirdik. Axırıncı Çərşənbə günü xəbərini çatdırdı kəndə İntiqam..... Sonuncu döyüşü Murov Zirvəsində olmuşdu..... Son mənzili Şəhidlik Zirvəsi oldu.....

Bütün uşaqlar kimi İntiqam da bayramı çox sevirdi......

Bu il Düylündə tonqallar qalınmadı....

 

Naxçıvan MR, Ordubad rayonu, Düylün kəndi

16 Mart 2021

 

 
  Today, there have been 1 visitors (3 hits) on this page!  
 
This website was created for free with Webme. Would you also like to have your own website?
Sign up for free